Evlərin və torpağın qeydiyyatı neçəyədir? – QİYMƏTLƏR
18.05.2017 - 09:25 / | Xəbər 131 dəfə oxunub

Əmlak Məslələri Dövlət Komitəsi vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində dövlət rüsumu və xidmət haqqları ilə bağlı məlumatların şəffaflığı, açıqlığı və əlçatanlığını təmin edib.

Emlakjurnali.az, Fins.az-a istinadən, xəbər verir ki, dövlət rüsumu və xidmət haqqı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarışların verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, ipotekanın təkrar və əlavə qeydiyyatı, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) təqdim edilməsi və digər xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilir.

Qeyd edək ki, dövlət rüsumu və xidmət haqlarının alınması tam olaraq nağdsız həyata keçirilir. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumu və xidmət haqları Hökumət Ödəniş Portalı, ödəniş terminalları və ya onlayn əlaqə vasitəsilə ödənilir.

Xidmət haqqının alınması zəruriliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərməsi və həmin xidmət haqqından daxil olan vəsait hesabına öz fəaliyyətlərini maliyyələşdirməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, qabaqcıl dünya praktikasında daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən qurumların dövlət büdcəsindən asılı olmadan fəaliyyət göstərməsi və daxil olan xidmət haqlarından maliyyələşməsi ənənəsi geniş yayılıb.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 manat, 26.1.2-ci maddəsinə əsasən texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 manat, 26.4-cü maddəsinə görə isə ipotekanın təkrar və əlavə qeydiyyatı üçün 10 manat məbləğində rüsum ödənilir.

Əmlak Məsələləri Dövlət Komitəsinin daha çox istifadə olunan xidmətlərindən biri də daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) verilməsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi müvafiq qaydalara riayət edilməklə həyata keçirilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.6-cı maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə dövlət rüsumu 10 manat məbləğində müəyyən olunmuşdur. Komitə tərəfindən daşınmaz əmlakın yüklülüyünə dair arayışın (Forma1) verilməsi onlayn qaydada da həyata keçirilir.

Eyni zamanda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, habelə daşınmaz əmlakın yüklülüyünə dair arayışın verilməsi zamanı daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi tələb olunduğundan Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31.07.2009-cu il tarixli, 4 nömrəli qərarının II bəndinə uyğun olaraq 20 manat xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, xidmət haqlarının məbləği göstərilən xidmətin növünə görə dəyişir. Xidmət haqları eyni zamanda əmlakın sahəsinə, ölçüsünə, torpaq sahəsinin kateqoriyasına və digər parametrlərə görə fərqlənir. Bununla yanaşı, ərizəçilərin istəyindən asılı olaraq qeydiyyat orqanı tərəfindən göstərilən xidmətlər qanunla müəyyən edilmiş icra müddəti tezləşdirilməklə də yerinə yetirilə bilər. Göstərilən xidmətlər qanunla müəyyən edilmiş icra müddətinin 2/3-i qədər müddətdə yerinə yetirilərsə (daxil olmuş əvvəlki sifarişlərin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək və ya məhdudlaşdırmamaq şərti ilə) müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 1,5, digər şəhər və rayonlarda 1,3 əmsalı; 1/3-i qədər müddətdə yerinə yetirilərsə, müvafiq xidmətlərin tariflərinə Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 2,0, digər şəhər və rayonlarda isə 1,5 əmsalı tətbiq edilir.

Bundan başqa Komitə tərəfindən istifadəyə verilən “Əmlak kalkulyatoru” sayəsində vətəndaşlar onlara məxsus daşınmaz əmlak üzərində hüquqların rəsmiləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat ala bilərlər.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlara göstərilən xidmətlər elektron üsulla da həyata keçirilir. Onların daha dəqiq qiymətləri cədvəldə verilib: 

 

Sıra -si

Xidmətlərin adı

Tariflər

(ƏDV ilə, manatla)

  1.  Daşınmaz əmlakın texniki inventarlaşdırılmasının  aparılması

I-1. Bina, tikili və qurğuların texniki inventarlaşdırılması

  1.              

Çoxmərtəbəli (çoxmənzilli) yaşayış binaları -ümumi sahəsinin hər     1 m2-i üçün

0,40

 

Qeyri-yaşayış binaları (sahələri), əmlak kompleksi kimi müəssisələr və müəssisə filialları

 

2.1

- ümumi sahəsi 50 m2-ə qədər olduqda

50,0

2.2

- ümumi sahəsi 50 m2-dən 100 m2-ə qədər olduqda 50 m2-dən çox olan hər 1 m2 sahə üçün əlavə 

1,40

 

2.3

- ümumi sahəsi 100 m2-dən 200 m2-ə qədər olduqda 100 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə

1,0

2.4

-ümumi sahəsi 200 m2-dən 300 m2-ə qədər olduqda 200 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,95

2.5

- ümumi sahəsi 300 m2 -dən 400 m2-ə qədər olduqda 300 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,90

2.6

- ümumi sahəsi 400 m2-dən 500 m2-ə qədər olduqda 400 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,85

2.7

- ümumi sahəsi 500 m2-dən 600 m2-ə qədər olduqda 500 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,80

2.8

- ümumi sahəsi 600 m2-dən 700 m2-ə qədər olduqda 600 m2-dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,75

2.9

- ümumi sahəsi 700 m2-dən 800 m2-ə qədər olduqda 700 m2-dən çox olan hər 1 m2 sahə üçün əlavə

0,70

2.10

- ümumi sahəsi 800 m2-dən 900 m2-ə qədər olduqda 800 m2- dən  çox olan hər 1 m2 sahə üçün əlavə

0,65

2.11

- ümumi sahəsi 900 m2-dən 1000 m2-ə qədər olduqda 900 m2- dən çox olan hər 1 m2 sahə üçün əlavə

0,60

2.12

- ümumi sahəsi 1000 m2-dən çox olduqda  artıq olan hər 1 m2 sahə üçün əlavə

0,30

 

Qurğular

 

3.1

- yerləşdiyi torpaq sahəsi 100 m2-ə qədər olduqda

30,0

3.2

- yerləşdiyi torpaq sahəsi 100 m2-dən çox olduqda artıq hər 1 m2sahə üçün əlavə

0,20

 

Mənzillər

 

4.1

-ümumi sahəsi 50 m2-ə qədər olduqda

12,0

4.2

-ümumi sahəsi 50 m2-dən çox olduqda artıq hər 1 m2 sahə  üçün əlavə

0,20

 

Fərdi yaşayış və bağ evləri

 

5.1

- ümumi sahəsi 100 m2-ə qədər olduqda

22,0

5.2

- ümumi sahəsi 100 m2-dən çox olduqda artıq hər 1 m2 sahə

 üçün əlavə

0,20

 

Kommunikasiyalar:

 

6.1

- yerüstü kommunikasiyaların hər 1 km-i üçün

50,0

6.2

- yeraltı kommunikasiyalar yerüstünün hər 1 km-nə əlavə olaraq  

 20,0

I-2. Torpaq sahələrinin inventarlaşdırılması

 

Kənd təsərrüfatı təyinatlı torpaq sahələri  

 

1.1

- 1 ha-ya qədər olduqda

18,0

1.2

- 1 ha-dan çox olduqda artıq hər 1 ha sahə üçün əlavə

12,0

 

Həyətyanı və bağ sahəsi torpaqları 

 

2.1

-0,12  ha-ya qədər olduqda

12,0

2.2

-0,12  ha-dan çox olduqda artıq hər 0,01 ha sahə üçün əlavə

1,0

 

Digər təyinatlı torpaq sahələri

 

3.1

- sahəsi 0,01 ha-ya qədər olduqda

60,0

3.2

- sahəsi 0,01 ha-dan 0,10 ha-ya qədər olduqda 0,01 ha-dan çox olan hər 0,01 ha üçün əlavə

7,0

3.3

- sahəsi 0,10 ha-dan 0,50 ha-ya qədər olduqda 0,10 ha-dan çox olan hər 0,01 ha üçün əlavə

5,0

3.4

- sahəsi 0,50 ha-dan 1 ha-ya qədər olduqda 0,50 ha-dan çox olan hər 0,01 ha üçün əlavə

3,0

3.5

- sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,01 ha üçün əlavə

2,0

 

Su obyektləri (su tutarları)

 

4.1

- yerləşdiyi torpaq sahəsi 1 ha-ya qədər olduqda

60,0

4.2

- yerləşdiyi torpaq sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,1 ha sahə üçün əlavə

1,0

 

Meşələr

 

5.1

- sahəsi 1 ha-ya qədər olduqda

60,0

5.2

- sahəsi 1 ha-dan çox olduqda artıq hər 0,1 ha sahə üçün əlavə

4,0

 

Çoxillik əkmələr 

 

6.1

-1 ha-ya qədər olduqda

30,0

6.2

- sahəsi 1 ha-dan çox olduqda artıq hər 1 ha sahə üçün əlavə

15,0

Yer təki sahələri yerləşdiyi torpağın hər 0,1 ha sahəsi üçün

     50,0

II. 

Daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsi

20,0

III. 

 Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət

 reyestrindən məlumatların verilməsi (daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi istisna olmaqla)

10,0

IV. 

Hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılması

20,0

 V.

Daşınmaz əmlak obyektinin ünvanının təyin edilməsi

20,0

 VI.

Daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatların verilməsi

10,0

 VII.

Daşınmaz əmlak obyektinin, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əmlakın müayinə edilməsi (obyektə yerində baxış keçirilməsi) (bu bölmənin xidmət haqqı I bölməyə müvafiq hesablanmış tariflərə layihə-smeta sənədlərində nəzərdə tutulmuş tikinti (qurğu) işlərinin faktiki yerinə yetirilmə faizinə uyğun əmsal tətbiq edilməklə hesablanır).

VIII. 

Daşınmaz əmlakın inventar dəyərinin hesablanması (bu bölmənin xidmət haqlarının tarifləri I bölmənin müvafiq bəndlərinin tariflərinə 0,2 əmsal tətbiq etməklə hesablanır).

IX. 

Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması (bu bölmənin xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsal tətbiq edilməklə, lakin minimum məbləğ 14,0 manatdan az olmamaqla hesablanır) (baş vermiş dəyişikliklər 30 %-dən çox olduğu hal istisna olmaqla).

X. 

Daşınmaz əmlakın bazar qiymətlərinin hesablanması və arayışların verilməsi

(bu bölmənin xidmət haqqı müqavilə qiyməti ilə müəyyən edilir).

 

 

 

Emlakjurnali.az