Sosial evlər bu rayonda da olacaq – AÇIQLAMA
24.02.2017 - 13:48 / | Xəbər 305 dəfə oxunub

Sosial evlərin tikilməsi üçün Suraxanı rayonu, Hövsan qəsəbəsində 20 hektar torpaq sahəsi ayrılıb. “MİDA” MMC-dən emlakjurnali.az-a verilən xəbərə görə, torpaq sahəsi Nazirlər Kabinetinin sərəncamı ilə ayrılıb.

Xatırladaq ki, bu, “MİDA” MMC-yə güzəştli mənzil tikintisi üçün ayrılmış ikinci torpaq sahəsidir. Bundan öncə yasamal rayonu ərazisində sahə ayrılıb.

Ayrılan torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə ilk növbədə ərazinin “Şəhərsalma əsaslandırılması”nın hazırlanması işinə başlanılacaq. Ərazidən şəhərsalma normalarına uyğun şəkildə səmərəli istifadə olunmasını təmin edəcək bu sənəd yaşayış massivinin həcm-planlaşdırma və funksional həllini əsaslandıracaq. Hazırlanacaq “Şəhərsalma əsaslandırılması”na uyğun olaraq növbəti mərhələdə yaşayış evlərinin və digər sosial məqsədli tikililərin eskiz layihələri və işçi sənədləri hazırlanacaq, habelə mühəndis-kommunikasiya təminatı sisteminin və yol-nəqliyyat infrastrukturunun yaradılması işi planlaşdırılacaq.