Noyabr Ayında Baş Tutacaq Beynəlxalq Daşınmaz Əmlak Və İnvestisiya Sərgisi İlə Bağlı Mətbuat Konfransı Keçirilib - FOTO
14.11.2016 - 15:00 / | Xəbər 621 dəfə oxunub

 

          Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, “ElanExpo”“Atılım Fuarçılık” şirkətlərinin birgə təşkilatçılığı ilə 22-24 noyabr 2016-cı il tarixində Bakı Expo Mərkəzində baş tutacaq RecExpo II – Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə dair 14 noyabr tarixində II mətbuat konfransı keçirilib. Konfransda Komitənin rəsmiləri, sərginin təşkilatçıları, aparıcı media və ictimai təşkilatların nümayəndələri iştirak edib.

9 MÜXTƏLİF ÖLKƏDƏN DAŞINMAZ ƏMLAK ŞİRKƏTLƏRİ BAKI  EXPO MƏRKƏZİNDƏ BİR ARAYA GƏLİR

          Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmisi qeyd edib ki, “Baku Expo Mərkəzi”ndə keçiriləcək RecExpo II Sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək çox əhəmiyyətli bir platformadır.

 

       Bildirilib ki, Sərgidə Azərbaycan, Türkiyə, BƏƏ, Ukrayna, İspaniya, Portuqaliya, Macarıstan, Lüksemburq və Şimali Kipr Türk Respublikası kimi 9 müxtəlif  ölkədən onlarla əmlak, tikinti və investisiya şirkətlərinin iştirakı gözlənilir.Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq. Azərbaycan və beynəlxalq daşınmaz əmlak sektorunun ən önəmli şikətlərindən, Xəyal Adası, Dreamland, AAF Park, AF Holding, Şərur İnşaat, Kristal Abşeron, Azinko, Gilan Holding, Absheron City Yeni Həyat, Emlak Konut Gyo, Ağaoğlu, Özak Gyo, Tahincioğlu Gayrimenkul, Haliç Property,TGP, Reality Port, Ems Yapı, Bavi Concept, Mare Asset, Urhome, Voldan İnvestment, Hispano, Hayat Estate, Asteco, Afik sərginin əsas iştirakçılarındandır.

 

       Sərgi çərçivəsində 23 noyabr 2016-cı il tarixində “Daşınmaz Əmlak sektorunda investisiyalar” mövzusunda böyük konfransın keçirilməsi də nəzərdə tutulub.

 

    RECEXPO  II  AZƏRBAYCAN DAŞINMAZ ƏMLAK BAZARINI CANLANDIRACAQ

RECEXPO  II , Daşınmaz Əmlak və İnvestisiya Sərgisi, mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların artırılmasıdır.Eləcədə daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir.Eyni zamanda özəlləşdirilmiş müəssisələrə investisiya yatırımları sayəsində onların fəaliyyətini tam potensiyalı ilə bərpa etməsi və gələcəkdə yeni iş yerlərinin yaradılmasina nail olunmasıdır.Sərgi bir cox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

 

Mətbuat konfransında bu beynəlxalq Sərginin Azərbaycanda son illər daşınmaz əmlak və torpaq idarəçiliyi, dövlət mülkiyyətinin özəlləşdirilməsi sahəsində aparılan islahatlar baxımından da mühüm əhəmiyyəti vurğulanıb. Belə ki. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sərgidə yaradılacaq pavilyonda dövlət əmlakının özəlləşdirilməsi, torpaqların vahid elektron kadastr uçotu, müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan, torpaq reyestri sahəsində yaradılmış sistemlər, elektron xidmətlər,proqram təminatlari və digər yeniliklər nümayiş olunacaq. Qeyd olunub ki, sərgidə iştirak edən yerli və xarici təmsilçilər özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, torpaqların elektron uçotu və vahid dövlət kadastrı, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlakxidmətləri üzrə elekron və onlayn imkanlar, ünvan –naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumat almış olacaqlar.

 

  REC EXPO II ƏMLAK ALICILARINA TƏKLİFLƏRİ VƏ FÜRSƏTLƏRİ    MÜQAYİSƏ ETMƏK        VƏ DƏYƏRLƏNDİRMƏK, SƏRFƏLİ VARİANLARI SEÇMƏK  İMKANI   TƏKLİF EDİR                           

           Konfransda Sərginin digər təşkilatçıları olan  “ElanExpo”“Atılım Fuarcılık” şirkətlərinin nümayəndələri bildiriblər ki, iştirakçı siyahısına daşınmaz əmlak sekorunun  inkişakında mühüm rolu olan yerli və xarici şirkətlər, banklar, iri investorlar, səfirliklər və daşınmaz əmlak satışını həyata keçirən firmaların nümayəndələri daxildir.sərgi həmçinin görüş, əməkdaşlıq və iş birliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri dövlət subyektlərinə əlverişli imkan yaradacaq.

          Azərbaycan, Avropa , Orta ŞərqQafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgilənəcəyi və beynəlxalq prestijli satış agentlərinin yer alacağı RecExpoII , Daşınmaz Əmlak və İnvestisiya  Sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələrinin son istehlakçılar və dövlət nümayəndələri ilə görüşməsin təmin edəcək.Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azəybaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir.

RecExpo II, Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin, ən cəlb edici cəhədi burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır.Təşkilatçılar sərgidə beynəlxalaq arenada aktual olan bir çox yeni brendləri bir arada toplamağı planlaşdırır.Belə layihələrin eyni zamanda və bir platformada prezentasiya əmlak alıcılarına təkliflərifürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandırır.

 

      Sərgi, 22-24 Noyabr tarixində, 3 gün əzində Bakı EXPO Mərkəzində ziyarətçilərini

                                                             qarşılayacaq.

       Sərgini ziyarət etmək istəyən şəxslər 22 noyabr tarixindən etibarən saat 10-18.00 arası  N.Nərimanov metro stansiyasından Baku Expo Center-ə bir satdab bir ödənişsiz    xidmət göstərən avtobuslardan istifadə edə bilərlər.

                                              RECEXPO 2016

                  Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi

                                             22-24 Noyabr 2016

                                          BAKU Ekspo Mərkəzi

                                              Bakı / Azərbaycan

                                          http:// www.rec-expo.net|

                                              Info@rec-expo.net

                                          advestising@elanexpo.net

                                                 +90 212 273 18 88