"Sovetski"də 3 əsrlik tarixi bina sökülür
29.03.2016 - 10:31 / | Xəbər 449 dəfə oxunub

Bir vaxtlar Bakının ən gözəl yerlərdindən olan “Sovetski” hazırda qara günlərini yaşayır. Bakının Baş planına uyğun olaraq “Sovetski”nin bir hissəsi sökülüb. Sökülməyən evlərin çoxu isə qəzalı vəziyyətdədir. 

Hal hazırda Sovetski  sakinlərini narahat edən məsələ yaşadıqları tarixi binanın sökülməsidi.  Onların sözlərinə görə, dəfələrlə iş icraçıları onlara binanın söküləcəyi haqda xəbərdarlıq ediblər. İnadından dönməyən sakinlər  Bakının qədim tarixini özündə canlandıran binanın sökülməməsi üçün bütün dövlət qurumlarına müraciət ediblər.


“Yaşadığımız  bina tarixi tikili kimi Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Biz dəfələrlə aidiyyatı qurumlara müraciət etmişik. Bildirmişik ki, tariximizi canımızla, qanımızla qoruyub saxlamışıqsa, niyə Bakının 3 əsrlik tarixini özündə əks etdirən bina sökülməlidir”.
.
“Fevralın 27-də prezidentə yazdığımız  məktubdan sonra maliyyə naziri Samir Şərifov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev binaya baxış keçirdilər. Əbülfəs Qarayev  söz verdi ki, bina sökülməyəcək.


Onuda nəzərinizə çatdıraq ki, bina şərq üslubu ilə tikilən yeganə tarixi abidədir. 

Sənədlərdə göstərilir ki, bina 1895 -1909-cu illlərdə inşa edilib.

Sakinlər bildirib ki, nazirlərlə görüşdən bir neçə gün sonra “Sovetski”də söküntü işlərini aparan şirkət rəsmiləri onlara binanın söküləcəyi haqda növbəti dəfə xəbərdarlıq edib.

“Nazirlər bizə söz verdilər ki, yaşadığınız bina sökülməyəcək. Üstündən bir neçə gün sonra iş icraçıları xəbərdarlıq etdilər ki, hazırlaşın, binanı sökəyəcəyik. Çaş-baş qalmışıq, nazirin dediyi sözü heçə sayırlar”.