"Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu”nun investisiya xidmətləri ilə bağlı tenderinin qalibləri açıqlanıb
13.02.2018 - 10:12 / | Xəbər 25 dəfə oxunub

“Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu” ASC-yə 2018-ci il üzrə investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə bağlı xidmətlərin satınalınmasına dair açıq tender başa çatıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, tenderin 1-ci Lot- qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidməti üzrə qalibi “AzFinance İnvestisiya Şirkəti” QSC ilə fevralın 9-da satınalma müqaviləsi imzalanıb.

Bundan başqa, 2-ci lot, yəni qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi üzrə qalibi “PSG-KAPİTAL İnvestisiya Şirkəti” QSC ilə fevralın 8-də satınalma müqaviləsi bağlanıb. 

apa.az