Bu il əhalinin mənzil təminatına 250 milyon manat yönəldiləcək
01.02.2018 - 11:00 / | Xəbər 41 dəfə oxunub

İqtisadi təsnifata uyğun olaraq 2018-ci il üçün dövlət büdcəsi xərclərindən əməyin ödənişinə 4235,2 milyon manat yönəldiləcək.

Maliyyə Nazirliyinin açıqladığı “Vətəndaşın büdcə bələdçisi” kitabına istinadən cari ildə subsidiyalar və cari transfertlər 1021,4 milyon manat, qrantlar və digər ödənişlərə 100,7 milyon manat, təqaüd və sosial müavinətlərə 2257,2 milyon manat sərf edilməsi proqnozlaşdırılır. 

2018-ci il üçün dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin xüsusi çəkisi 33,3
faiz səviyyəsində olacaq ki, bu da 2017-ci illə müqayisədə 152,5 milyon manat və ya
2,2 faiz artaraq 7009,4 milyon manat təşkil edəcək. Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə
etməsi xərcləri və sosial ipoteka üzrə - 250,0 milyon manat yönəldiləcək.

Oxu.az