Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı Gəncə şəhərində keçirilən növbəti tədbirmiz
01.02.2018 - 15:30 / | Xəbər 241 dəfə oxunub

31.01.2018 tarixində “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” və “Əmlak Bazarı İştirakçıları” İctimai Birliklərinin təşəbbüsü ilə Gəncə şəhərində “Çoxmənzilli binaların idarə edilməsi” layihəsi mövzusunda seminar - treyninqi keçirilmişdir. Seminarın Gəncə Şəhər İcra Hakimiyyətinin təmsilçisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Gəncə şəhər şöbəsinin əməkdaşları, Kəpəz və Nizami rayonlarından olan mənzil mülkiyyətçiləri, müxtəlif ictimai birliklərin və digər əlaqədar təşkilatların nümayəndələri iştirak etmişdilər.

Seminarda canlı fikir mübadiləsinə üstünlük verilmiş mövcud olan problemlərin həll edilməsi geniş müzakirə olunmuşdur. Tədbir iştirakçıları çoxmənzilli binaların idarəetmə qaydalarındakı fərqləri və bu qaydalardan hər birində yarana biləcək riskləri öyrənmişlər. Seminar təşkilatçıları ayrı-ayrı binalarda problemləri müzakirə edərək, onların qarşısını almaqda xüsusi rolu ola biləcək xüsusi alqoritm hazırlamaq qənaətinə gəlmişlər.  

Tədbirdə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İB-nin “Əmlak Resurs Mərkəzi” tərəfindən hazırlanan “Çoxmənzilli binaların idarə olunması” adlı məlumat sorğu kitabının təqdimatı keçirilmişdir.