"Mənzil bazarı qiyməti aşağı salmağa məcbur olacaq"
08.08.2017 - 10:18 / | Xəbər 209 dəfə oxunub

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması ölkənin mənzil bazarında qiymətlərə təsir edəcəkmi?

 Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bu aktual məsələ ilə bağlı  müsahibəsində bildirib ki, əhalinin aztəminatlı hissəsinin güzəştli şərtlərlə tikilən sosial mənzillərə ehtiyacı var və agentliyin inşa etdiyi mənzillər ilk növbədə iqtisadi cəhətdən orta səviyyədən bir qədər aşağı olan təbəqə üçündür.

 O qeyd edib ki, MİDA-nın təklif etdiyi qiymətlər kifayət qədər yaxşı və cəlbedicidir. Dövlət Agentliyi tikdiyi mənzillərin 80 faizini əsas şərtlərlə, 20 faizini isə kommersiya məqsədləri üçün sata bilər. Belə olan halda, MİDA mənzil bazarı ilə rəqabətə girəcək. Mənzil bazarı isə qiyməti aşağı salmağa məcbur olacaq.

 © Azərtac