22 avqust 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələri
25.07.2017 - 10:21 / | Xəbər 199 dəfə oxunub
Avqustun 22-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) növbəti hərrac keçirəcək. Emlakjurnali.az xəbər verir ki, həmin gün müxtəlif təyinatlı daşınmaz əmlaklarla yanaşı 13 maşın da satışa çıxarılacaq.
Onlardan 7-si Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin, 2-si Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin,  1-i Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, 1-i Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin, 1-i “Bakı Metropoliteni” QSC-nin, 1-i isə ƏMDK İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansıdadır. Maşınlardan 8-nin ilkins atış qiyməti 25%, 2-sinin qiyməti isə 50% ucuzlaşdırılaraq yenidən hərraca çıxarılıb.  “Bakı Metropoliteni” QSC-nin  balansında olan  nəqliyyat vasitəsi isə 3-cü dəfə 10% endirimlə  hərraca çıxarılır.
Maşınların istehsal tarizləti 1973-2008-ci illər arasnda dəyişir.   Onlardan ən ucuzunun ilkin satış qiyməti 563 manat müəyyən edilib. "ZİL-MMZ-555"  markalı maşın bu qiymətə satılır. 
ƏMDK-ya məxsus "QAZ-13" markalı maşın isə ən baha qiymətə hərraca çıxarılıb. Maşının ilkin satış qiyməti 16 min manat müəyyən edilib. 
 
Hərracda iştirak etmək istəyən şəxslər maşınların ilkin satış dəyərinin 10%-i məbləğində beh ödəməlidirlər.

Sifarişlər ƏMDK yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Hərraca çıxarılan maşınların tam siyahısı və qiymətləri ilə buradan tanış ola bilərsiz.