İnşaat materialları bazarı

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildə yaradılmışdır.

Tədris-İnnovasiya Mərkəzində dərslər müasir tələblərə cavab verən texniki avadanlıqla, müasir tipli kompüterlərlə təmin olunmuş auditoriyalarda keçirilir.

Auditoriyalardakı kompüterlər arasında lokal şəbəkə yaradılmış və İnternetə cıxışı təmin edilmişdir.

Tədris-İnnovasiya Mərkəzində dərslər İnformasiya Texnologiyaları İnstitutunun yüksək ixtisaslı mütəxəssisləri tərəfindən tədris olunur.

Tədris-İnnovasiya Mərkəzinin müəllimləri “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən bir sıra tədbirlərdə yaxından iştirak edirlər.

2004-cü ildən Tədris-İnnovasiya Mərkəzi ECDL (European Computer Driving Licence) tərəfindən verilən şəhadətnaməyə əsasən, Avropa Standartları üzrə kompüter kurslarının tədrisi və on-line rejimində test imtahanlarının qəbulunu həyata keçirən sertifikatlaşdırılmış test mərkəzi statusu almışdır.