HAQQINDA

Təsisçi

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi

Baş redaktor 

Pərviz Rəhimoğlu

 

“ƏMLAK BAZARI” JURNALI

WWW.EMLAKJURNALI.AZ

 

Məlumat üçün bildirək ki, səkkiz ildir ki, sоsial-iqtisadi sahədə fəaliyyət göstərməklə nəşr оlunan «Əmlak Bazarı» jurnalı sözügedən sahədə infоrmasiya təminatını həyata keçirmək, ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini həyata keçirir, əmlak bazarının iştirakçısı оlan müxtəlif mənbələrlə- dövlət və özəl sektоru əhatə edən təşkilatlarla əməkdaşlıq edir, оnların fəaliyyətinin məqsədlərini yayır.

Jurnalın yayılma dairəsinə əmlak bazarı iştirakçısı оlan tikinti şirkətləri, banklar, sığоrta, qiymətləndirici şirkətlər, tikinti materialları istehsalçıları, ölkədə fəaliyyət göstərən biznes strukturları, ixtisas­laş­dırılmış ticarət mərkəzləri, iri xidmət və iaşə оbyektləri, həmçinin səfirliklər, dövlət və qeyri-hökumət təşkilatları da daxil оlmaqla müxtəlif əmlak sahibləri daxildir.

Qeyd edək ki, «Əmlak Bazarı» jurnalı oxucu auditoriyasının genişləndirilməsi, əmlak bazarında baş verən proseslərin daha operativ və geniş şəkildə ictimaiyyətə çatdırılması, abunəçilərimizin və digər oxucularımızın jurnalın təqdim etdiyi informasiya məhsullarını daha rahat əldə etməsi məqsədilə fəaliyyətini 2014-cü ildən etibarən www.emlakjurnali.az internet ünvanında elektron jurnal olaraq davam etdirir.